11:18 18-03-2016
news_image
2298
DÖYÜŞ NÖVLƏRİ

Ukraynalı Avropa və dünya çempionu Azərbaycandan təklif gözləyir

Ukraynalı boksçu Valeriya Mançaq Azərbaycan millisindən təklif gözləyir. Apasport.az xəbər verir ki, bunu “24boxing.com.ua” saytına müsahibə verən 19 yaşlı idmançının özü açıqlayıb.

 

O bildirib ki, vətənində idmana lazımı diqqət göstərilmədiyindən karyerasının uğurlu alınması üçün başqa ölkələrin bayrağı altında çıxış etməyə hazırdı: “Səmimi deyirəm, ölkəmizi çox sevirəm. Ukrayna mənə çox şey verib, burada möhkəmlənmişəm. Vətənim heç vaxt məndən üz döndərməyib. Amma düzünü deyim ki, təklif gəlsə, razılaşaram”.

 

Mançaqın sözlərinə görə, boks tək ABŞ-da inkişaf etməyib. Azərbaycanda da idmanın bu növünün yüksəlişdə olması idmançıda yığmamıza gəlmək həvəsi oyadıb: “ABŞ-dan başqa da elə ölkələr var ki, orada boks çox yaxşı inkişaf edib. Avstraliya, Kipr, İtaliya, Qazaxıstan və Azərbaycanı xüsusi vurğulayardım”.

 

Qeyd edək ki, boks idman növündə Avropa çempionu olan Mançaq, həmçinin karate üzrə dünya çempionu və “Dneprovski Bilok” klubunun hokkeyçisidi.