13:37 18-03-2016
news_image
604
DİGƏR NÖVLƏR

Yığmamız Qran-priyə 3 medalla başladı

Azərbaycan millisi paralimpiyaçı atletlər arasında “Fəzza” Qran-pri turnirinə uğurla start veriblər. Paralimpiya Komitəsindən apasport.az saytına verilən məlumata görə, Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Dubayda keçirilən yarışın ilk günündə yığmamız 3 medala sevinib.

 

Belə ki, 100 m məsafəyə qaçışda Yelena Çebanu bütün rəqiblərini qabaqlayıb. Finiş xəttinə 12.11 saniyəyə çatan idmançımız fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Eyni məsafəyə kişilərin mübarizəsində Elmir Cəbrayılov (11.39) və Elçin Muradov (11.86) da mükafat qazanıb. Müxtəlif kateqoriyalı yarışda onların hər ikisi gümüş medalla kifayətlənib.