14:15 18-03-2016
news_image
702
TOP OYUNLARI

“Qırğızıstan ikinci evimizə çevrilib” – millimizin sabiq kapitanı

“Biz 2010-cu ildən bu yarışda iştirak edirik. Bu dəfə Bişkekə eksperimental heyətlə gəlmişik”. Apasport.az saytının məlumatına görə, bunu kişi basketbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçi əvəzi Tahir Baxşıyev deyib.

 

Yığmamızın sabiq kapitanı Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən “Nooruz-2016”da ilk turdan sonra yerli mətbuata açıqlama verib. Qazaxıstanın “Kaspi” klubuna 51:100 (14-33; 18-28; 8-17; 11-22) hesabı ilə uduzan gənc mütəxəssis bildirib ki, məqsəd gələcəyin komandasını qurmaqdı: “Bəzi gənc oyunçularımız üçün böyüklər arasında ilk turnirdi. Yarışın təşkilatçılığından razıyıq. Buradakı qonaqpərvərlik ürəyimizcədi. Bu müddətdə Qırğızıstan ikinci evimizə çevrilib”.

 

Qeyd edək ki, millimiz ikinci görüşünü yerli “Poltexnik” klubuna qarşı keçirəcək.