17:57 18-03-2016
news_image
533
TOP OYUNLARI

Yığmamız Qırğızıstan klubuna da uduzdu

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi Qırğızıstanın paytaxtı Bişkekdə təşkil olunan “Nooruz-2016”da növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, yığmamız yerli “Politexnik” klubu ilə üz-üzə gəlib.

 

Qarşılaşma təmsilçimizin məğlubiyyətlə başa çatıb. Rəqib basketbolçularımıza 64:56 hesabı ilə qalib gəlib.

 

Hər iki görüşdə uduzan yığmamız sabah Qırğızıstanın digər – “Bars” klubu ilə gücünü yoxlayacaq.

 

Qeyd edək ki, Tahir Baxşıyevin rəhbərlik etdiyi millimiz ilk matçda Qazaxıstan “Kaspi”sinə 51:100 hesabı ilə uduzub.