15:15 19-03-2016
news_image
4617
TOP OYUNLARI

"Azərreyl" və "Azəryol" əsas mərhələni qələbə ilə bitirdi - YENİLƏNİB

Bu gün qadın voleybolçular arasında Azərbaycan Superliqasında növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, eyni saatda başlayan 2 oyunda qeydə alınan nəticələr turnir cədvəlinə təsir etməyib.

 

Belə ki, çempionatın əsas mərhələsində birinciliyi təmin edən “Azərreyl” hələ də xal qazana bilməyən “Tbilisi”ni sınağa çəkib. “Dəmiryolçular” gürcülərə asanlıqla qalib gəliblər. "Tbilisi” heç olmasa 1 xal qazanmağa ümid etsə də, istəyinə çatmayıb. 

 

Günün digər oyununda “Azəryol”la “Gənclik” üz-üzə gəlib. Çempionatın əsas hissəsində son görüşünə çıxan hər iki komanda azarkeşləri üçün oynamağa çalışıblar. Çünki Ziya Rəcəbovun yetirmələri qalib gəlsə belə, set fərqinə görə, 3-cü pilləyə yüksələ bilməyəcəkdi. “Gənclik”in isə bir neçə tur əvvəldən yarımfinala yüksələ bilməyəcəyi dəqiqləşmişdi. Oyun gözlənildiyi kimi, "Azəryol"un qalibiyyəti ilə yekunlaşıb. 

 

Qeyd edək ki, çempionatın əsas hissəsinin son oyunu sabah baş tutacaq. Bu matçda “Tbilisi” və “Lokomotiv” üz-üzə gələcək.

 

19 mart

XVII tur

“Azərreyl” – “Tbilisi” 3:0 (25:14; 25:17; 25:22)

“Azərreyl” İdman Bazası

 

I dövrə: “Azərreyl” – “Tbilisi” – 3:0 (25:6; 25:20; 25:7)

II dövrə: “Tbilisi” – “Azərreyl” - 0:3 (15:25; 16:25; 16:25)

III dövrə: “Tbilisi” – “Azərreyl” – 0:3 (7:25; 8:25; 16:25)

 

 

XVIII tur

“Azəryol” – “Gənclik” 3:0 (25:15; 25:12; 25:22)

Voleybol Federasiyasının idman zalı

 

I dövrə: “Azəryol” – “Gənclik” - 3:0 (25:20, 25:18, 25:23)

II dövrə: “Gənclik” - “Azəryol” - 3:2 (25:21; 25:22; 12:25; 14:25; 15:12)

III dövrə: “Azəryol” - “Gənclik” - 3:0 (25:20; 25:17; 25:22)

 

 

Yer

Komanda

O

Q

M

3:0

3:1

3:2

2:3

1:3

0:3

S/F

T/F

X

1

Azərreyl

20

15

5

13

1

1

2

2

1

51-18

1631-1294

46

2

Telekom

20

14

6

8

4

2

1

2

3

46-26

1666-1421

41

3

Lokomotiv

19

13

6

9

1

3

2

1

3

44-25

1562-1355

38

4

Azəryol

20

12

8

8

2

2

4

3

1

47-30

1757-1526

38

5

Gənclik

20

5

15

2

2

1

0

0

15

15-49

1135-1492

14

6

Tbilisi

19

0

19

0

0

0

0

2

17

2-57

807-1470

0