10:41 23-03-2016
news_image
535
DİGƏR NÖVLƏR

Dünya Kuboku, ardınca Qran-pri

Portuqaliyada keçirilən bədii gimnastika üzrə Dünya Kuboku başa çatıb. Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışda Azərbaycan qrup hərəkətləri komandası, həmçinin fərdi çıxış proqramında bir gimnastla təmsil olunub.

 

Apreldə Rio-de-Janeyroda keçiriləcək sınaq turnirinə hazırlaşan Siyana Vasileva, Aleksandra Platonova, Diana Doman, Ayşən Bayramova və Elif Zeynep Celepdən ibarət qrup çoxnövçülükdə 8-ci yer tutaraq, 5 lentlə finala vəsiqə qazanıb və yekunda 7-ci pillədə qərarlaşıb. Təmsilçilərimiz beynəlxalq arenada ilk dəfə olaraq yeni çıxış proqramlarını nümayiş etdiriblər. Fərdi gimnastlar Ayşən Bayramova və Elif Zeynep Celep isə qrup hərəkətləri komandasının tərkibində debüt ediblər.

 

Bu ildən böyüklər proqramı ilə çıxış etməyə başlayan gimnastımız Jalə Piriyeva isə çoxnövçülükdə 19-cu yeri tutub.

 

Qrup hərəkətləri komandası üçün növbəti turnir yığmanın lideri Marina Durundanın da qatılacağı Tiyedə (Fransa, 26-27 mart) təşkil olunacaq Qran-pri yarışları olacaq.