12:38 23-03-2016
news_image
3011
TOP OYUNLARI

“Azərreyl” və “Azəryol”un voleybolçuları Puerto-Rika klubu ilə müqavilə bağladılar

Bakının “Azərreyl” və “Azəryol” klublarından ayrılacaq 2 voleybolçunun adı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular”ın düşərgəsini ilk olaraq Natalia Valentin tərk edəcək.

 

Mövsümün əvvəlində “Azərreyl”ə transfer olunan 27 yaşlı toppaylayıcı vətəni Puerto-Rikaya dönəcək. O burada sabiq klubu “Ponse”nin şərəfini qoruyacaq.

 

Bu komanda pley-offda “Azəryol”un hücumçusu Stefani Niemerin (ABŞ) də xidmətindən yararlanacaq. Artıq “Ponse” rəhbərliyi də onlarla rəsmi razılığa gəldiyini açıqlayıb.

 

Hər 2 voleybolçu Super Liqa bitdikdən sonra Bakı klubundan ayrılacaq. Niemerin "Azəryol"la 2 illik müqaviləsi olduğundan o növbəti mövsümdə yenidən Azərbaycana qayıdacaq.

 

Qeyd edək ki, “Azərreyl”lə “Azəryol” Super Liqanın yarımfinalında bir-birinə rəqibdi.