15:38 23-03-2016
news_image
4618
DÖYÜŞ NÖVLƏRİ

Patimat Abakarova: Anam talismanımdı - MÜSAHİBƏ

Azərbaycan millisinin taekvondoçusu Patimat Abakarova Rusiya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, Rio-de-Janeyro Olimpiadasına lisenziyanı təmin edən yığmamızın üzvü bu idman növünü seçməsindən və hədəflərindən danışıb.

 

- Taekvondonu seçməyinizin səbəbi nədi?

- Uşaqlıqda çox enerjili bir qız idim. İdmançı kimi böyüyürdüm. Oğlanlarla həyətdə futbol da oynayırdım. Fikrimcə, burada genlərin də müəyyən rolu var. Çünki atam vaxtı ilə sərbəst güləşlə məşğul olub.

 

- Valideynləriniz bu idman növünü seçməyinizə qarşı deyildi?

- Yox. Anam məni bütün yarışlarda müşayiət edir. O mənim talismanımdı. Türkiyədə keçirilən lisenziya yarışı zamanı da çıxışımı zaldan izləyirdi. Atamı isə yayda Rioda gözləyirəm (gülür).

 

- Siz Bakıda keçirilən ilk Avropa Oyunlarında Azərbaycanın taekvondo millisinin ilk medalçısı olduz. Bu yarışla bağlı hansı təəssüratlarınız qalıb?

- 49 kq çəki dərəcəsində 4 görüş keçirdim. İlk döyüşdə, bundan əvvəl bir dəfə uduzduğum Rusiya millisinin idmançısına qalib gəldim. Sonra Yunanıstan təmsilçisini məğlub etdim, yarımfinalda isə serbiyalı Tiana Boqdanoviçə uduzdum. Bu görüşdə rəqibim həlledici xalı əlavə raundda qazandı. Üçüncü yer uğrunda görüşdə italiyalı rəqib üzərində vaxtından öncə qələbə qazandım.

 

- Rioya lisenziya qazanmısız. Yay Olimpiya Oyunlarına hazırlıq necə gedir və qarşınıza hansı məqsədlər qoymusuz?

- Olimpiada öncəsi mövsüm çox gərgin olacaq. Bir çox turnirlər, təlim-məşq toplanışları bir-birini əvəzləyəcək. Məşqçilər hər bir idmançının qarşısında maksimum nəticə qoyub. Çalışacam ki, ümidləri doğruldum və qələbə üçün əlimdən gələni edim (dagpravda.ru).