10:03 24-03-2016
news_image
4558
STOLÜSTÜ OYUNLAR

Vüqar Həşimov Memorialına və Avropa çempionatına vəsiqələr öz sahibini tapdı

Qadın və kişi şahmatçılar arasında Azərbaycan çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, ikinci və üçüncü yerlərin sahiblərinin adına IX turda aydınlıq gəlib.

 

Belə ki, bir gün öncə çempionluğunu bayram edən Eltac Səfərli son görüşünü də qələbə ilə başa vurub. O, Misrətdin İsgəndərovu mat edib. Nicat Abasovla Nail Bəşirli isə müvafiq olaraq növbəti iki pillədə qərarlaşıblar. Onların mükafatçılar sırasına düşməsində son turda inamlı qələbələri rol oynayıb.

 

Qadınlar arasında Azərbaycan çempionu Nərmin Kazımova da IX oyun günündə rəqibinə heç bir şans verməyib. 1 tur öncə birinciliyi təmin edən şahmatçı yığmamızın əsas üzvlərindən olan Nərgiz Umudovanı məğlub edib. Yarışın gümüş medalı Aydan Höcətova qismət olduğu halda, ilk “üçlüyü” Gülnar Məmmədova qapayıb. Onlar son matçda qara fiqurlarla rəqiblərini üstələyiblər.

 

Qeyd edək ki, turnirin mükafatçıları fərqli yarışlarda iştirak hüququna yiyələniblər. Kişilərin çempionatında qalib gələn Səfərli Vüqar Həşimov Memorialına vəsiqə əldə etdiyi halda, qadınların mübarizəsində ilk 3 yerin sahibi şəxsi Avropa çempionatında oynamaq şansı qazanıb.

 

 

XI tur

Kişilər

Misrətdin İsgəndərov (2413) – Eltac Səfərli (2663) – 0:1

Nail Bəşirli (2332) – Bəhruz Rzayev (2411) – 1:0

Azər Mirzoyev (2518) – Nicat Abasov (2559) – 0:1

Vasif Durarbəyli (2600) – Qədir Hüseynov (2645) – 0,5:0,5

Toğrul Həsənzadə (2306) – Vüqar Rəsulov (2498) – 1:0

Zaur Məmmədov (2456) – Aqil Pirverdiyev (2340) – 0,5:0,5

Vüqar Əsədli (2378) – Məhəmməd Muradlı (2310) – 0:1

Orxan Abdulov (2354) – İsmayıl Şahəliyev (2362) – 0,5:0,5

Zaur Bayramov (2178) – Ülvi Bacarani (2532) – 0:1

Niyazi Nağıyev (2281) – Loğman Quliyev (2382) – 1:0

Elvin Bayramov (2230) – Kənan Heydərli (2257) – 0,5:0,5

Andrey Mustafin (2325) – Nicat Ağayev (2369) – 1:0

Aydın Süleymanlı (2032) - Talıb Babayev (2311) – 0:1

Rəşad Zeynallı (2222) - Əhməd Əhmədzadə (2244) – 0:1

Pərviz Qasımov (2401) – Xəzər Babazadə (1826) - 0,5:0,5

Abdulla Qədimbəyli (2334) – Asif Yaqubi (2422) – 1:0

Kənan Qarayev (2236) istirahət edib

 

Turnir cədvəli: 1. Səfərli – 8 xal, 2. Abasov, 3. Bəşirli – hər ikisi 6,5...

 

Qadınlar

Nərgiz Umudova (2296) – Nərmin Kazımova (2317) – 0:1

Ülviyyə Fətəliyeva (2295) – Gülnar Məmmədova (2327) – 0:1

Günay Məmmədzadə (2345) – Türkan Məmmədyarova (2245) – 0,5:0,5

Nərmin Xələfova (2154) – Aydan Höcətova (2323) – 0:1

Nərmin Məmmədova (2245) – Xanım Balacayeva (2209) – 0,5:0,5

Turan Əsgərova (1966) – Səbinə İbrahimova (2199) – 0,5:0,5

Türkan Həsənova (2096) – Zeynəb Məmmədyarova (2223) – 0:1

Gövhər Beydullayeva (1870) – Ayan Allahverdiyeva (1745) – 0,5:0,5

Samirə Babayeva (1887) – Xəyalə Abdulla (2228) – 0:1

Aynur Kətanova (1747) – Aysel Məmmədova (1871) – 0:1

Xəyalə Nağıyeva (1663) – Nərmin Soyunlu (1948) – 0:1

 

Turnir cədvəli: 1. Kazımova – 7 xal, 2. Höcətova, 3. G. Məmmədova – hər ikisi 6...