12:38 24-03-2016
news_image
503
DİGƏR NÖVLƏR

Yığmamız Kiprdən medalsız qayıdır

Kiprin paytaxtı Nikosiyada keçirilən stend atıcılığı üzrə Dünya Kuboku başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışa 6 snayperlə qatılan Azərbaycan millisinin heç bir üzvü mükafatçılar sırasına düşə bilməyib.

 

Belə ki, Dünya Kubokunun son günü hədəf önünə keçən Əli Hüseynli də ümidləri doğrultmayıb. Trap növündə dəqiqliyini yoxlayan həmyerlimiz 71-ci olub.

 

Qeyd edək ki, ondan öncə skit növündə yarışan Regina Meftahətdinova 37-ci, Nurlana Cəfərova 40-cı, Niyaz Ağazadə 45-ci, Emin Cəfərov 52-ci və Fuad Qurbanov 84-cü pillədə qərarlaşmışdı.