19:17 25-03-2016
news_image

Tbilisidə mükafatsız gün - FOTOSESSİYA

Gürcüstanın paytaxtı Tibilisidə cüdo üzrə Qran-Pri yarışına start verilib. Apasport.az saytının məlumatına görə, 3 gün davam edəcək yarışda millimizin aparıcı üzvlərindən bəziləri iştirak etmir.

 

Belə ki, yığmamızın baş məşqçisi Peter Zayzenbaxer cüdoçularımıza istirahət verib.

 

Tbilisi Qran-Prisinin ilk günündə tatami üzərinə 3 təmsilçimiz çıxıb.

 

60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Vüqar Şirinli ilk qarşılaşmasında belaruslu Arif Bağırova qalib gəlsə də, ikinci görüşündə məğlub olub. Bu çəkidə ölkəmizi təmsil edən digər cüdoçumuz Elbrus Zamanov isə ilk çıxışını məğlub başa vurub.

 

48 kq çəki dərəcəsində tatami üzərinə çıxan Aişə Qurbanlı da ilk qarşılaşmasında məğlub olaraq mübarizəni dayandırıb.

 

Qeyd edək ki, 67 ölkədən 395 (231 kişi, 164 qadın) cüdoçunun qatıldığı yarışda millimiz 12 idmançı ilə təmsil olunur.