14:07 26-03-2016
news_image

Üç idmançıya 1 qələbə

Gürcüstanın paytaxtı Tiflisdə keçirilən cüdo üzrə Qran-pri turnirinin ikinci günü Azərbaycan idmançıları üçün uğursuz alınıb. Apasport.az saytının məlumatına görə, tatami üzərinə çıxan 3 təmsilçimiz ümumilikdə 1 qələbə qazanıb.

 

81 kq çəki dərəcəsində çıxış edən hər iki təmsilçimiz mübarizəni elə ilk qarşılaşmada dayandırıb. Ziya Namazov 1/32 finalda iranlı Səid Mollaei önündə aciz qalıb. Rüstəm Alimli eyni mərhələdə böyük britaniyalı Tom Ridə uduzub.

 

1/32 final mərhələsindən azad olan Fəqan Quluzadə (73 kq) 1/16 finalda Səudiyyə Ərəbistanı təmsilçisi Məhəmməd Əlhərbini mübarizədən kənarlaşdırıb. KXDR idmançısı Kuk Hyon Honqla 1/8 final görüşü isə Quluzadənin məğlubiyyəti ilə nəticələnib.

 

Qeyd edək ki, yarışda ümumilikdə 71 ölkədən 431 cüdoçu mübarizə aparır.