16:53 27-03-2016
news_image

Tbilisidə 3-cü uğursuz gün - FOTOSESSİYA

Gürcüstanın paytaxtı Tibilisidə cüdo üzrə Qran-Pri yarışına yekun vurulub. Apasport.az saytının məlumatına görə, Tbilisi Qran-Prisinin sonuncu günündə tatami üzərinə 5 cüdoçumuz çıxıb.

 

Tural Səfquliyev, Şahin Qəhrəmanov (hər ikisi 90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq) və Uşanqi Kokauri (+100 kq) medallar uğrunda mübarizə aparıb. Lakin təmsilçilərimizdən heç biri uğur qazana bilməyib.

 

Beləliklə, cüdo üzrə milli komandamız Tibilisi Qran-Prisini medalsız başa vurub.

 

Qeyd edək ki, 67 ölkədən 395 (231 kişi, 164 qadın) cüdoçunun qatıldığı yarışda millimiz 12 idmançı ilə təmsil olunurdu.