01:42 28-03-2016
news_image
734
TOP OYUNLARI

Türk klubundan maraqlı kampaniya: Bir kitab da sən gətir

Türkiyə basketbol liqası klublarından “Anadolu Efes” maraqlı kampaniya ilə gündəmə gəlib. Apasport.az saytının məlumatına görə, klub bu gün oynayacağı “İstanbul BB” matçına gələcək azarkeşlərdən özləri ilə kitab gətirmələrini istəyib.

 

Qarşılaşmaya kitabla gələn hər bir tərəfdar oyuna biletsiz baxmaq imkanına sahib olacaq. Yığılan kitablar isə Türkiyə daxilində ehtiyacı olan məktəblərə bağışlanacaq.

 

Türkiyədə “Kiabxanalar həftəsi” münasibətilə keçiriləcək kampaniya artıq ikinci dəfə baş tutacaq.