00:10 29-03-2016
news_image
6388
TOP OYUNLARI

“Telekom” finalda, “Azəryol” seriyada hesabı bərabərləşdirdi - YENİLƏNİB

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında yarımfinal mərhələsinin ikinci oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, günün ilk görüşündə “Azəryol”la “Azərreyl” üz-üzə gəlib.

 

Gərgin keçən qarşılaşmanın ilk setində “Azərreyl” qalib gəlsə də, növbəti hissədə üstünlüyünü əldən verib. “Azəryol” 3-cü setdə qazanılan qələbə ilə önə keçsə də, növbəti hissədə hesabda tarazlıq yaranıb – 2:2. İkinci oyunun taleyinə tay-brek aydınlıq gətirib. Hissənin əvvəlindən üstünlüyü ələ alan “Azəryol” çətin qələbə qazanıb, seriyada hesabı bərabərləşdirib. Bu cütdə finalçının adına sonuncu – III oyunda aydınlıq gələcək.

 

Ardınca Bakı İdman Sarayının meydanına  “Telekom”la “Lokomotiv” çıxıb. İlk oyunda qələbə qazanan birincilər finala adlamaq üçün, “dəmiryolçular” isə III oyunun keçirilməsini təmin etmək üçün mübarizə aparıb. İlk setdə qələbə qazanan “Telekom” finala bir addım yaxınlaşıb. Növbəti hissəni “Lokomotiv” qazansa da, Zoran Qayiçin yetirmələri 3-cü setdə də daha güclü olub. “Dəmiryolçular” matçda ikinci dəfə hesabı bərabərləşdirib, görüşü tay-brekə daşıya bilib. Gərgin mübarizədə keçən həlledici hissədə 16:14 hesabı ilə qalib gələn “Telekom” finala vəsiqə qazanıb. “Lokomotiv” isə III yer uğrunda mübarizə aparmalı olacaq.

 

Qeyd edək ki, final seriyasına aprelin 5-də start veriləcək.

 

Yarımfinal mərhələsi

28 mart

 

II oyunlar

 

“Azəryol” – “Azərreyl” – 3:2 (22:25; 27:25; 29:27; 20:25, 15:13)

(seriyada hesab – 1:1)

 

“Telekom” - “Lokomotiv” – 3:2 (25:21, 22:25, 25:20, 19:25, 16:14)

(seriyada hesab – 2:0)

 

I oyunlar

“Lokomotiv” - “Telekom” - 1:3 (16:25, 15:25, 25:20, 21:25)

“Azərreyl” – “Azəryol” - 3:1 (25:22, 25:22, 22:25, 25:15)