09:50 29-03-2016
news_image
3310
DİGƏR NÖVLƏR

Mariya Şarapova Meksika çimərliyində

Tanınmış rusiyalı tennisçi Mariya Şarapova son zamanlar üzləşdiyi xoşagəlməz hadisələrdən ruh düşkünlüyünə qapılmaq niyyətində deyil. Apasport.az saytının məlumatına görə, qanında istifadəsi qadağan olunan meldoni preparatı tapıldığı üçün “Austarlia Open”dən kənarlaşdırılan tennisçi dünyanın tanınmış brendlərinin onunla əməkdaşlığı kəsməsinə də çox üzülmədiyini nümayiş etdirib.

 

Belə çətin günlər yaşamasına baxmayaraq, gələcəyə nikbin baxan Mariya istirahətindən də qalmaq fikrində deyil. Elə bu üzdəndi ki, ulduz idmançı yaxın rəfiqəsi, teleaparıcı və aktrisa Çelsi Hendlerlə birlikdə Meksika səyahətinə yollanıb.

 

Onlar bu ölkənin Los-Kobos şəhərində paparatsilərin də diqqət mərkəzinə düşüblər. Belə imkanı əldən verməyən paparatsilər onun yeni şəkillərini lentə alıblar.

 

Qeyd edək ki, martın 7-də Mariya Şarapovanın dopinq testinin pozitiv çıxdığı açıqlanmışdı. ABŞ-da mətbuat konfransı keçirən rus idmançı mövsümün ilk “Böyük dəbilqə” turniri hesab olunan “Austarlia Open”də alınan nümunələrin müsbət nəticə verdiyini bildirmişdi. O, 10 ildi istifadə etdiyi dərmanın sonradan dopinq siyahısına salınmasından xəbərsiz olduğunu vurğulamış və yasaqlı maddələrlə əlaqəli ona göndərilən düzəlişlərə baxmadığını da etiraf etmişdi.