10:48 29-03-2016
news_image
450
FUTBOL

İbrahimoviç karyerasını bitirir?

Yayda PSJ-dən ayrılacaq Zlatan İbrahimoviç karyerasını bitirə bilər. Apasport.az saytı xəbər verir ki, bu barədə xarici televiziyalardan birinə açıqlamasında “İbrakadabra” özü məlumat verib.

 

Nəhəng klublar onun uğrunda rəqabətə girişdikləri halda, 35 yaşlı forvard butslarını mismardan asacağını istisna etmir. İbrahimoviç karyerasının pik nöqtəsində futbolla vidalaşmaq istədiyini bildirib: “Hər şey mümkündü. Ola bilsin, karyeramı yayda bitirdim. Futbolla pik formada vidalaşmağı düşünürəm”.

 

Qeyd edək ki, karyerası ərzində “Malmö”, “Ayaks”, “Yuventus”, “İnter”, “Barselona” və “Milan” klublarının da formasını geyinmiş İbrahimoviç 2012-ci ildən PSJ-də çıxış edir.