14:15 29-03-2016
news_image
766
STOLÜSTÜ OYUNLAR

Şəhriyar Məmmədyarov yeni ampluada

Azərbaycan millisinin şahmatçısı Şəhriyar Məmmədyarovun yeni istedadı üzə çıxıb. Apasport.az saytının məlumatına görə, 31 yaşlı qrossmeysterimiz artıq özünü yeni ampluada da sınamağa başlayıb.

 

Belə ki, o, şahmat tacına iddiaçıların turnirinin qalibi olan Sergey Karyakinə yarış zamanı köməklik edib. Bunu həlledici görüşdə Maqnus Karlsenlə qarşılaşacaq Rusiya millisinin şahmatçısı özü açıqlayıb.

 

O bildirib ki, Məmmədyarov onun sirli “silahı” olub: “Turnirdə mənə Vladimir Potkin, Aleksandr Motılyov, Yuri Dohayan köməklik ediblər. Onlardan başqa, gizli köməkçim Şəhriyar Məmmədyarov olub”.

 

Qeyd edək ki, Karyakin Ukrayna millisini Rusiyaya dəyişib.