19:49 30-03-2016
news_image
3937
TOP OYUNLARI

"Azərreyl" finalda! - YENİLƏNİB

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında ikinci finalçının adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, bu, yarımfinal mərhələsinin III oyunu çərçivəsində keçirilən “Azərreyl” – “Azəryol” görüşündən sonra dəqiqləşib.

 

Belə ki, komandalar ilk 2 qarşılaşmada hərəyə bir qələbə qazandığından üçüncü dəfə üz-üzə gəliblər. Hər üç setdə qalib gələn "dəmiryolçular" rəqiblərinə heç bir şans verməyiblər. Ziya Rəcəbovun yetirmələri ilk iki setdə 19 xal, həlledici hissədə isə 21 xal toplaya biliblər.

 

Qeyd edək ki, inamlı qələbə ilə finala adlayan "Azərreyl" yarımfinalda “Lokomotiv”i məğlub edən “Telekom”la üz-üzə gələcək. Məğlub olan "yolçəkənlər" isə Karlo Parisinin yetirmələri ilə bürünc medalın taleyinə aydınlıq gətirəcək.

 

Yarımfinal mərhələsi

III oyun

30 mart

“Azərreyl” – “Azəryol” - 3:0 (25:19; 25:19, 25:21)

Bakı İdman Sarayı

 

I oyun: “Azərreyl” – “Azəryol” - 3:1 (25:22, 25:22, 22:25, 25:15)

II oyun: “Azəryol” – “Azərreyl” – 3:2 (22:25; 27:25; 29:27; 20:25, 15:13)