13:12 30-03-2016
news_image
553
STOLÜSTÜ OYUNLAR

FİDE rəsmiləri Bakıya gəlir

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) nümayəndə heyəti aprelin 5-də Bakıya gələcək. Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsindən apasport.az saytına verilən məlumata görə, nümayəndə heyətinə FİDE-nin prezidenti vəzifəsini icra edən, təşkilatın vitse-prezidenti Georgios Makropulos rəhbərlik edəcək. 


Səfər zamanı FİDE rəsmiləri Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin rəhbərliyi ilə görüşəcək, mötəbər yarışın hazırlıq işləriylə tanış olacaq. Beynəlxalq Şahmat Federasiyasının nümayəndə heyəti, eyni zamanda Olimpiadanın keçiriləcəyi “Crystal Hall”da təşkilati işlərlə maraqlanacaq. 
 

Qeyd edək ki, Bakıda təşkil olunacaq Şahmat Olimpiadası sentyabrın 1-də start götürəcək və 14-də başa çatacaq. Olimpiada günlərində paytaxtımızda həm də FİDE konqresinin növbəti iclası olacaq.