16:16 31-03-2016
news_image
539
DİGƏR NÖVLƏR

Bakı-2015 Əməliyyatlar Komitəsinin baş direktoru üçün yeni vəzifə

2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarının Əməliyyatlar Komitəsinin (BAOƏK) baş direktoru Saymon Kleq özünə yeni iş tapıb. Apasport.az saytının məlumatına görə, 57 yaşlı böyük britaniyalı karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək.

 

O, “Dubay Expo-2020”nin əməliyyatlar üzrə baş direktoru təyin olunub. Bu isə o deməkdi ki, Kleq növbəti 4 ildə Azərbaycanda keçiriləcək böyük miqyaslı yarışlara köməklik edə bilməyəcək. Bu müddətdə isə paytaxtımız İslamiada-2017-yə ev sahibliyi edəcək.

 

Qeyd edək ki, 2020-ci ildə BƏƏ-də keçiriləcək nüfuzlu tədbirdə 25 milyon insanın iştirakı gözlənilir. Bunların da 70 faizi ölkə xaricindən gələn qonaqlar olacaq.