02:16 01-04-2016
news_image
705
FUTBOL

Balotelli üçün iki seçim: Ya Türkiyə, ya Çin

“Liverpul” hücumçusu Mario Balotellini satmağa hazırlaşır. Apasport.az saytının məlumatına görə, ingilislər onun üçün edilmiş iki təklifi dəyərləndirmək fikrindədilər.

 

Belə ki, çılğın futbolçuya Çin klublarından biri illik 15 milyon avro təklif edib. Hələlik həmin komandanın adı açıqlanmasa da, İtaliya mətbuatı tərəflərin razılaşacağını iddia edir.

 

Ayrıca bir türk klubunun da Balotellini heyətində görməkdə maraqlı olduğu bildirilib.

 

Qeyd edək ki, Mario müqavilə ilə “Liverpul”a mənsub olsa da, hazırda icarə əsasında “Milan”da çıxış edir.