13:45 01-04-2016
news_image
3494
TOP OYUNLARI

“Lokomotiv”dən şikayət: Bu, Azərbaycanın imicinə böyük zərbədi!

“Sentyabrda Türkiyə millisinin voleybolçusu Özge Kirdar Çemberci “Lokomotiv”lə müqavilə bağlayıb. Lakin Bakı klubu 4 aydı oyunçunun əmək haqqını ödəmir”. Bunu apasport.az saytına “Shining Stars” şirkətinin direktoru Umut Barış Yünlü deyib.

 

Türkiyəli toppaylayıcının transfer hüququna malik olan şirkət Bakının “Lokomotiv” klubundan Avropa Voleybol Konfederasiyasına şikayət etməyə hazırlaşır.

 

Yünlü bildirib ki, komanda rəhbərliyi ilə dəfələrlə danışıq aparmalarına baxmayaraq, nə Özgəyə, nə də digər voleybolçulara olan borclar ödənilmir: “Müxtəlif ölkələrdən gələn oyunçulara qarşı belə davranmaları düzgün deyil. Bu, idman ölkəsi hesab olunan Azərbaycanın imicinə böyük zərbədi. Bilirik ki, gələn il Avropa çempionatına ev sahibliyi edəcəksiz və bu yerli federasiyanı çətin vəziyyətə salmaqdı. Artıq bizim də Avropa Voleybol Konfederasiyasına şikayət etməkdən başqa variantımız qalmayıb. Ümid edirik ki, İdman və Gənclər Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Voleybol Federasiyası ölkə adına “Lokomotiv”ə kömək edər”.