14:08 01-04-2016
news_image
538
DİGƏR NÖVLƏR

Azərbaycan Rio-de-Janeyroda 3 snayperlə təmsil olunacaq

Aprelin 13-də Braziliyanın Rio-de-Janeyro şəhərində atıcılıq üzrə Dünya Kuboku start götürəcək. Apasport.az saytının məlumatına görə, 12 gün davam edəcək yarışda Azərbaycan millisi də təmsil olunacaq.

 

Komandamızın Olimpiadaya ev sahibliyi edəcək şəhərə 3 snayperlə yollanacaq. Yığmamızın heyətində Emin Cəfərov, Nurlana Cəfərova (hər ikisi stend atıcılığı, skit növü) və Ruslan Lunyov (güllə atıcılığı, 10 və 25 m) yer alıblar.

 

Yarışa ümumilikdə 87 ölkədən 948 idmançı qatılacaq.