16:21 01-04-2016
news_image
702
TOP OYUNLARI

Avropa çempionatında komandaların sayı artırıldı!

Voleybol üzrə Avropa çempionatının formatında dəyişiklik rəsmiləşib. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının ardınca qitənin ən nüfuzlu turnirində də yeni format tətbiq olunacaq.

 

Belə ki, 2017-ci ildə baş tutacaq yarış final mərhələsində 16 komandanın oynayacağı son həlledici mərhələ olacaq. Həmin il qadınlar Azərbaycan və Gürcüstanda, kişilər isə Polşada mübarizə aparacaq.

 

Artıq 2019-cu ilin Avropa çempionatında isə 24 komanda çıxış edəcək. Bununla yanaşı, təşkilatçı ölkələrin də sayında dəyişiklik olub. Növbəti yarışları maksimum 4 ölkə də təşkil edə bilər. Bu qərarların hər ikisi çempionatın Avropanın daha böyük hissəsini əhatə etməsi ilə qəbul edilib.

 

Bu yeniliklər iyunda tam təsdiqlənəcək.

                                                                            

Qeyd edək ki, qadınlardan ibarət millimiz 2003-cü ildən Avropa çempionatının final mərhələsinin daimi iştirakçısıdı. Komandaların sayının artırılması isə kişilərdən ibarət yığmamızın da həlledici mərhələ üçün şanslarını artırır.