13:09 02-04-2016
news_image
637
TOP OYUNLARI

“Hakimlərin qərarlarında anlaşılmazlıqlar var idi” - millimizin baş məşqçisi

“Latviyaya qarşı oyunumuz emosiyalarla zəngin idi. Amma məğlubiyyətimizdə hakim səhvlərinin də rolu oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri 19 yaşlı qızlardan ibarət voleybol üzrə Azərbaycan millisinin baş məşqçisi Vüqar Əliyev deyib.

 

O, Avropa çempionatının II seçmə mərhələsinin Latviya ilə qarşılaşmasındakı 1:3 hesablı məğlubiyyəti hakim ədalətsizliyi ilə izah edib: “Qarşılaşma ərzində hakimlərin bir sıra qərarlarında anlaşılmazlıqlar var idi. Bu da voleybolçularımızda stress yaradırdı. Komandamız gənclərdən ibarətdi ki, bu da əlavə həyəcan yaradırdı. Amma hazırlaşıb, qarşıdakı oyunlarda daha yaxşı çıxış etməyə çalışacağıq”.

 

Qeyd edək ki, millimiz bu gün Sloveniya ilə görüşəcək.