15:06 02-04-2016
news_image

Yığmamız üçün uğursuz gün: Cüdoçularımız 1/4 finala həsrət qaldı

Türkiyənin Samsun şəhərində keçirilən cüdo üzrə Qran-Prinin ikinci günü Azərbaycan yığması üçün uğursuz alınıb. Apasport.az saytının məlumatına görə, bu gün iki idmançımız tatami üzərinə çıxıb.

 

73 kq çəki dərəcəsində çıxış edən Fəqan Quluzadə mübarizəyə 1/16 finaldan başlayıb. Ukraynalı Sergey Drebota qalib gələn təmsilçimiz 1/8 finalda türkiyəli Hasan Vanlıoğluna uduzub.

 

81 kq çəki dərəcəsindəki təmsilçimiz Ziya Namazov isə elə ilk görüşdən məğlub ayrılıb. 1/32 finaldan azad olan idmançımız növbəti raundda bolqarıstanlı Uvaylo İvanovla bacarmayıb.