18:02 02-04-2016
news_image
529
DİGƏR NÖVLƏR

Veloparkda açıq MTB yarışı keçirilib - FOTOSESSİYA

Azərbaycan Velosiped İdmanı Federasiyasının 2016-cı il üçün nəzərdə tutulmuş təqvim planına uyğun olaraq, bu gün Veloparkda dağ velosipedi üzrə açıq respublika turniri keçirilib. Apasport.az saytının məlumatına görə, yarışda peşəkar idmançılarla yanaşı, həvəskar dağ velosipedçiləri də iştirak edib.

 

Reqlamentə görə, 15 və 17 yaşadək velosipedçilər 1,7 km-lik marşrut boyunca 5 dövrə vurublar. Məsafəni hamıdan tez qət edən "Neftçi" İdman Klubu İctimai Birliyinin təmsilçisi Vüqar Nəsibov bu yaş qrupunda 1-ci yeri tutub.

 

U-15 / U-17 (5 dairə x 1,7 km)

 

1. Vüqar Nəsibov (Neftçi İKİB) - 00:33:08

2. Qadir Mustafayev (OEQİUGVM) - 00:34:02

3. Osman Qəhrəmanov (OEQİUGVM) - 00:34:58

 

1,7 km-lik marşrut boyunca 9 dövrə vuran Gənclər, U-23 və Elit kateqoriyasında isə Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Velosiped Məktəbinin üzvü Orxan Məmmədov (OEQİUGVM) finiş xəttini birinci keçib.

 

Gənclər / U-23 / Elit (9 dairə x 1,7 km)

 

1. Orxan Məmmədov (OEQİUGVM) - 00:56:27

2. Musa Mikayılzadə (Lokomotiv) - 00:58:08

3. Samir Şıxəlizadə (OEQİUGVM) - 01:01:46