00:01 03-04-2016
news_image
877
DİGƏR NÖVLƏR

Birinci Maykl Cordan, ikinci Bekhem

Məşhur “Forbes” jurnalı karyeralarını bitirdikdən sonra ən çox qazanan idmançıların siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahıya bütün idman növləri ilə məşğul olan keçmiş idmançılar daxil edilib.

 

Siyahıya NBA-nın əfsanəvi basketbolçusu Maykl Cordan başçılıq edir. Onun 2015-ci ildəki qazancı 110 milyon dollar olub.

 

Amerikalı basketbolçunu ingilis keçmiş futbolçu Devid Bekhem izləyir. “Space boy” ötən ili 65 milyon dollar mənfəətlə başa vurub.

 

Üçüncü pillədə isə qolfçu Arnold Palmer qərarlaşıb. Elitar idman növünün təmsilçisi 2015-ci ildə 40 milyon dollar qazanıb.

 

Dördüncü yerdə isə karyerasını uzaq 1987-ci iləd bitirmiş daha bir basketbolçu Cunior Bricman yer alıb. Onun keçənilki gəliri 32 milyon dollardı.

 

İlk beşliyi isə Amrika futbolunun keçmiş uluduzu Cerri Riçardson tamamlayır. Cerrinin ötən ildəki qazancı 30 milyon dollar olub.