11:25 04-04-2016
news_image
1508
TOP OYUNLARI

Millimizin hücumçusu avrokubokda bombardirlər arasında üçüncü pillədə

Qadın voleybolçular arasında CEV kubokunun bombardirlər siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Krasnodar “Dinamo”sunun çempionluğu ilə başa çatan yarışda ən çox xal toplayanlar arasında Azərbaycan millisinin hücumçusu da yer alıb.

 

Belə ki, “Azəryol”un şərəfini qoruyan Jekaterina Jidkova yalnız 2 rəqibindən geri qalıb. 10 oyunun 38 setində 169 xal toplayan voleybolçumuzu yalnız finalçılar qabaqlayıb.

 

Siyahıya finalda “Dinamo”ya uduzan “Qalatasaray”ın oyunçusu Nadya Sentoni başçılıq edir. 11 matçda 38 setdə meydanda olan voleybolçu rəqiblərindən 198 xal alıb. İkinci yerdə isə krasnodarlı Natalya Malıx qərarlaşıb. Sentoni ilə eyni sayda, lakin 5 hissə az oyun keçirən çempion Jidkovadan cəmi 5 top çox yığıb.

 

Qeyd edək ki, “Azəryol” yarımfinalda “Dinamo”ya uduzmuşdu.