16:55 04-04-2016
news_image

Yığmamız Almaniyaya yollanacaq heyəti açıqladı

Aprelin 7-də Almaniyanın Bonn şəhərində taekvondo üzrə Prezident Kuboku start götürəcək. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumatına görə, 3 gün davam edəcək G2 kateqoriyalı yarışda Azərbaycan tam heyətlə təmsil olunacaq.

 

Avropa çempionatı öncəsi baş tutacaq yarışda kişilərdən ibarət yığma komandamızın baş məşqçisi Reza Mehmandost Məcid Sofiyev (54 kq), Zəlimxan Rəsulov, Məmmədalı Quliyev (hər ikisi 58 kq), Məhəmməd Məmmədov, Sina Bahrami (hər ikisi 63 kq), Ayxan Tağızadə, Fariz Əliyev (hər ikisi 68 kq), Səid Quliyev, Xəyyam Nağıyev, Namaz Heydərov (hər üçü 74 kq), Milad Beigi Harçeqani (80 kq), Ramin Əzizov, Payam Qobadi Oğuzxan (hər ikisi 87 kq) və Radik İsayevə (+87 kq) şans verəcək.

 

“Qəbələ” idman klubunun yetirməsi Əli Məmmədov (59 kq) klub adına medallar uğrunda mübarizəyə qatılacaq.

 

Qadın taekvondoçuların baş məşqçisi Sun Mi Park isə Bonnda Türkan Tahirli (46 kq), İlayde Kardelen Ciftci (49 kq), Patimat Abakarova (53 kq), Gülhanım Yeşildal (57 kq), Zeyvi Kərimova (53 kq) və Fəridə Əzizovanı (-67 kq) sınaqdan keçirəcək.

 

Çempion aktivinə 20 xal əlavə edəcək.

 

Qeyd edək ki, səfərə aprelin 5-də yollanacaq komandamız vətənə aprelin 11-də dönəcək.