10:29 05-04-2016
news_image
3085
TOP OYUNLARI

“Azəryol”un qızları “Ya Qarabağ, ya ölüm” dedilər - VİDEO

Daim azarkeşlərini təəccübləndirən “Azəryol” növbəti sürprizlə diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, Super Liqada bürünc medal uğrunda “Lokomotiv”lə qarşılaşacaq Bakı təmsilçisi son məşqini Dağlıq Qarabağda gedən döyüşlərə həsr edib.

 

Öncə komandada cəmləşən legionerlərə mənfur qonşularımız barədə məlumat verilib, ermənilərin torpağımızın 20 faizini işğal etdiyi vurğulanıb. Şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad olunduqdan sonra isə hazırlıq “Ya Qarabağ, ya ölüm” mahnısının sədaları altında davam etdirilib.

 

“Azəryol”un voleybolçuları bu gün “Lokomotiv”lə oyunöncəsi də meydana vətənpərvər ruhunda çıxacaqlar. Onların hər birinin əlində Azərbaycan bayrağı, həmçinin xüsusi hazırlanmış və üzərində “Ya Qarabağ, ya ölüm” sözlərin yazılmış pankartlar olacaq.

 

Qeyd edək ki, qarşılaşma saat 16:00-da başlayacaq.