15:40 05-04-2016
news_image
2879
DÖYÜŞ NÖVLƏRİ

Ermənistan millisi Azərbaycana gəlməkdən qorxdu

Ermənistan boksçuları Azərbaycan və Türkiyədə keçiriləcək Rio-de-Janeyro Olimpiadasına lisenziya xarakterli turnirlərdə iştirak etməyəcək. Apasport.az saytının məlumatına görə, azad qrafiklə hərbi xidmətdə olan idmançılar yenidən qulluq etdikləri hissələrə qayıdıblar.

 

Bunu “sputnikarmenia”ya Ermənistan Boks Federasiyasının sədri Artur Qevorqyan açıqlayıb. O bildirib ki, erməni idmançıları üçün ən vacib olanı onları təhlükəsizliyidi: “Müharibə vəziyyətini nəzərə alaraq, federasiyanın sədri kimi idmançılarımıza Olimpiya təsnifat turnirlərin çıxış etməyə imkan verməyəcəm. Çünki bu yarışlar Türkiyə və Azərbaycanda keçiriləcək. Əminəm ki, erməni idmansevərlər bizi başa düşəcək. Azad qrafiklə hərbi xidmətdə olan boksçularımız hissələrinə qayıdırlar ki, zərurət yaranarsa, ön cəbhəyə yollansınlar”.

 

Qeyd edək ki, Türkiyədəki yarışı aprelin 9-17-nə, Bakıdakı turnir isə iyunun 14-26-na təsadüf edəcək.