21:07 07-04-2016
news_image
4355
TOP OYUNLARI

“Azərreyl” və "Lokomotiv"dən ikinci qələbə - YENİLƏNİB

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasının final mərhələsində II oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, günə “Lokomotiv” – “Azəryol” matçı ilə start verilib.

 

Üçüncü yer uğrunda qarşılaşma gərgin keçib. Ziya Rəcəbovun komandası revanş iddiasında olsa da, bu dəfə də arzularına çata bilməyiblər. İlk matçdakı uğuru təkrarlayan “dəmiryolçular” “bürünc”ə bir addım da yaxınlaşıblar. Tay-brekə qədər uzanan qarşılaşmadan "Lokomotiv" 3:2 hesablı qələbə ilə ayrılıb. 

 

Finalda üz-üzə gələn “Azərreyl”lə “Telekom” arasındakı oyun da 5 set davam edib. Zoran Qayiçin yetirmələri rəqibinə ciddi müqavimət göstərsə də, "dəmiryolçular" yekunda qalib gəlməyi bacarıb. Çempionluq şanslarını çətinə salan "rabitəçilər" növbəti oyunda mütləq qalib gəlməlidi.

 

Qeyd edək ki, bürünc və qızıl medallar uğrunda seriya 3 qələbəyədək davam edəcək. Ehtiyac olacağı halda əlavə matçlar da oynanılacaq.

 

 

Final mərhələsi

7 aprel

II oyunlar

 

Üçüncü yer uğrunda

“Lokomotiv” - “Azəryol” - 3:2 (25:16; 21:25; 25:20; 23:25, 15:11)

I oyun: “Azəryol” - “Lokomotiv” - 0:3 (16:25; 20:25; 23:25)

 

Final

“Azərreyl” - “Telekom” - 3:2 (25:16, 23:25, 25:23, 22:25, 15:13)

I oyun: “Telekom” - “Azərreyl” - 1:3 (25:23, 29:31, 20:25, 20:25)