11:55 08-04-2016
news_image
1392
TOP OYUNLARI

Yığmalarımız lisenziya turnirlərindən kənarlaşdırıldı

Çimərlik voleybolu üzrə Azərbaycan yığmaları Rio-de-Janeyro Olimpiadasına yollanmaq şansını itirib. Apasport.az saytının məlumatına görə, buna Avropa Voleybol Konfederasiyasının cütlüklərimizi Olimpiadaya lisenziya xarakterli “Kontinental kuboku”nda diskvalifikasiya etməsi səbəb olub.

 

Belə ki, ilk 3 mərhələdən uğurla adlayan kişilərdən ibarət komandamız mübarizəni IV mərhələdən davam etdirməli olsa da, yarışdan rəsmən kənarlaşdırılıb. Yığmamızı burada III mərhələdə təmsilçilərimizdən sonra 4-cü pillədə qərarlaşan Portuqaliya voleybolçuları əvəzləyiblər.

 

Qadınlardan ibarət cütlüyümüzün yarışa qatılmasını isə Azərbaycan Çimərlik Voleybolu Federasiyası məqsədəuyğun saymayıb. Buna görə də onların ilk 3 mərhələdə qazandığı qələbələr faydasız nəticəyə çevrilib. Yunanıstanda olacaq qrup oyunların isə yığmamızı hansısa ölkə əvəzləməyəcək.

 

Əldə etdiyimiz məlumata görə, kişilərin diskvalifikasiya olunmasında milliləşdirilmiş cütlüklər - Bernardo Romano ilə Leonid Qritsay və Neylton Santosla Yaroslav Rudikin yerli federasiya ilə aralarında problem yaranması rol oynayıb. Onların hətta Azərbaycan Çimərlik Voleybolu Federasiyasından şikayət etdiyi də bildirilir.