12:43 08-04-2016
news_image

Avropa çempionatında Azərbaycan taekvondoçusu üçün əlavə yer

Almaniyanın Bonn şəhərində taekvondo üzrə keçirilən “Prezident Kuboku” turniri Azərbaycan millisi üçün uğurla başlayıb. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, G2 kateqoriyalı yarışın ilk günü komandamız aktivinə medal yazdırıb.

 

Belə ki, millimizin üzvü Məhəmməd Məmmədov fəxri kürsünün ikinci pilləsinə qalxıb. 63 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz yarımfinala kimi David Losadanı (İspaniya), Dilan Çellamootu (Fransa) və Bolat İzutdinovu (Rusiya) mübarizədən kənarlaşdırıb. O, finala gedən yolda italiyalı Andrea Kanoya şans verməsə də, həlledici qarşılaşmada xorvatiyalı Deni Andrun Raziçə uduzub. Bu gümüş medal isə komandamıza Avropa çempionatında eyni çəki dərəcəsində (63 kq) 2 taekvondoçumuzun çıxışını rəsmiləşdirib.

 

Çünki yarışın mükafatçıları Avropa çempionatında milli komandalara eyni çəkidə əlavə lisenziya qazandırır.

 

Qeyd edək ki, yığmamız Almaniyaya 20 taekvondoçu ilə yollanıb. Yarış sabah başa çatacaq.