18:15 08-04-2016
news_image
638
DİGƏR NÖVLƏR

Bakıda keçiriləcək Formula-1-lə bağlı aksiya olacaq

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin işçiləri Formula-1 Avropa Qran-prisinin könüllüləri və marşalları ilə birlikdə aprelin 9-da ağacəkmə aksiyası keçirəcək. Apasport.az saytının məlumatına görə, Səbail rayonunda yerləşən Dostluq Parkında baş tutacaq tədbir saat 10.30-da baş tutacaq.

 

“Gəlin Bakını sürətlə yaşıllaşdıraq” devizi altında təşkil olunacaq aksiyada Abşeron iqliminə uyğun 500-dək şam və sərv ağacı əkiləcək.