00:32 09-04-2016
news_image
600
STOLÜSTÜ OYUNLAR

Sergey Karyakin Norveçdən imtina etdi, Şəmkirə və Bakıya gələcək

Rusiyalı şahmatçı Sergey Karyakin Vüqar Həşimovun xatirəsinə həsr olunmuş 3-cü beynəlxalq turnirdə iştirak edəcək. Apasport.az saytının məlumatına görə, bu barədə Rusiyanın TASS agentliyinə idmançının meneceri Zanqalis məlumat verib.

 

Martın 11-dən 29-na qədər Moskvada keçirilmiş iddiaçıların turnirində Karauna üzərində qələbə qazanan və çempion olan Karyakin yorğun olduğu üçün aprelin 11-dən 30-na qədər Norveçdə keçiriləcək Stavanqer turnirindən imtina edib.

 

Əvəzində isə rusiyalı zəka sahibi Vüqar Həşimovun xatirəsinə həsr olunmuş xatirə turnirində iştirak etmək üçün Şəmkirə, daha sonra isə Ümumdünya Şahmat Olimpiadası üçün Bakıya səfər edəcək. Bu yarışlar həm də onun üçün noyabrda baş tutacaq Maqnus Karlsenlə “Şahmat tacı” uğrundakı oyunlar üçün hazırlıq xarakterli olacaq.

 

Qeyd edək ki, Vüqar Həşimovun xatirə turniri may ayında Şəmkirdə, Ümumdünya Şahmat Olimpiadası sentyabrda Bakıda, “Şahmat tacı” uğrunda görüş isə noyabr ayında Nyu-Yorkda baş tutacaq.