19:27 09-04-2016
news_image
5056
TOP OYUNLARI

Azərbaycan çempionatı: mükafatçılar məlum oldu - YENİLƏNİB

Bu gün voleybol üzrə qadınlar arasında Super Liqada 2015/16 mövsümünə yekun vurulub. Apasport.az saytının məlumatına görə, final mərhələsinin keçirilən oyunları mövsümdə sonuncu olub.

 

Buna həm bürünc, həm də qızıl uğrunda mübarizə aparan cütlərdə eyni komandanın üçüncü dəfə qalib gəlməsi səbəb olub. Nəticədə əlavə qarşılaşmalara ehtiyac qalmayıb.

 

Əvvəlcə Bakı İdman Sarayının meydanına “Azəryol”la “Lokomotiv” çıxıblar. İlk iki oyunda rəqibini məğlub edən Karlo Parisinin yetirmələri bu dəfə də matçın taleyini 3 setdə həll ediblər. “Azəryol” yalnız 2-ci hissədə rəqibinə müqavimət göstərə bilib. Lakin daha güclü olan “Lokomotiv” qarşısına qoyulan vəzifənin öhdəsindən gəlib. Beləliklə, üçüncü dueldə də 3:0 hesabı ilə qalib gələn paytaxt təmsilçisi tarixində ikinci dəfə Super Liqanın bürünc mükafatını qazanıb.

 

Çempionun taleyinə isə “Telekom”la “Azərreyl” arasında oyunda aydınlıq gəlib. İlk iki oyunda olduğu kimi, yenə rəqibinə qalib gələn “Azərreyl” tarixində ilk dəfə Azərbaycan çempionu adını qazanıb. Bununla da Bülənt Karslıoğlu komandasına qızıl, Zoran Qayiç isə gümüş medal qazandırıb.

 

 

Final mərhələsi

9 aprel

III oyunlar

 

Final

“Telekom” - “Azərreyl” - 0:3 (22:25, 23:25, 17:25)

I oyun: “Telekom” - “Azərreyl” - 1:3 (25:23, 29:31, 20:25, 20:25)

II oyun:  “Azərreyl” - “Telekom” - 3:2 (25:16, 23:25, 25:23, 22:25, 15:13)

 

Üçüncü yer uğrunda

Azəryol” - “Lokomotiv” - 0:3 (17:25, 21:25, 16:25)

I oyun: “Azəryol” - “Lokomotiv” - 0:3 (16:25; 20:25; 23:25)

II oyun:  “Lokomotiv” - “Azəryol” - 3:2 (25:16; 21:25; 25:20; 23:25, 15:11)