00:05 10-04-2016
news_image

Boksçularımız Samsunda mübarizəyə başladı

Türkiyənin Samsun şəhərində keçirilən Olimpiya Oyunlarının Avropa qitəsi üzrə lisenziya xarakterli boks turnirinə start verilib. Azərbaycan Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, hər iki milli komandamızın qatıldığı yarışın ilk günündə qadın boksçularımız rinqə çıxıblar.

 

Mustafa Dağıstanlı adına İdman Mərkəzində keçirilən turnirdə 51 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz Anaxanım Ağayeva ilk görüşünü moldovalı Yuliya Koroliyə qarşı keçirib. İdmançımız rəqibinə məğlub olaraq mübarizəni dayandırıb.

 

60 kq çəki dərəcəsində mübarizə aparan Yana Alekseyevna ilk görüşünü qalibiyyətlə başa vurub. Boyük Britaniya boksçusu Çantel Kameronla qarşılaşan idmançımız rəqibini məğlubiyyətə uğradıb.

 

75 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Yelena Vstropova isə ilk döyüşünü türkiyəli Sema Çalışkana qarşı keçirəcək. Döyüş aprelin 11-də olacaq.
 

Qeyd edək ki, Avropa Oimpiya təsnifat yarışında 38 ölkədən 207 kişi, 56 qadın olmaqla, ümumilikdə 263 boksçu qalib adı uğrunda mübarizə aparır.