22:37 10-04-2016
news_image

Boksçumuz məğlub oldu

Türkiyənin Samsun şəhərində boks üzrə Rio Olimpiya Oyunlarına Avropa qitəsi üzrə lisenziya xarakterli turnir davam edir. Azərbaycan Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, bu gün rinqə çıxan, 75 kq çəki dərəcəsində mübarizə aparan Kamran Şahsuvarlı fransalı Kristan Embilli ilə qarşılaşıb.

 

Gərgin keçən döyüş idmançımızın məğlubiyyəti ilə yekunlaşıb.

 

Qeyd edək ki, dünən yarışın ilk günündə qadın idmançılarımızdan 51 kq-da mübarizə aparan Anaxanım Ağayeva rəqibinə məğlub olsa da, 60 kq çəki dərəcəsində döyüşən Yana Alekseyevna qalib gələrək növbəti mərhələyə yüksəlib.