09:34 11-04-2016
news_image

Azərbaycanlı referilər İtaliyada beynəlxalq dərəcəli hakim adını aldılar - FOTO

İtaliyanın Linyano şəhərində Beynəlxalq Cüdo Federasiyasının hakimlər üçün seminarı keçirilib. Apasport.az saytının məlumatına görə, seminarda ədalət təmsilçiləri beynəlxalq dərəcəli hakim adı almaq üçün imtahan veriblər. 

Ölkəmizi İtaliyada Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin sədri, beynəlxalq dərəcəli hakim Fariz Hüseynov, hakimlərimiz Mətin Rəhimli və Arzu Acalova təmsil ediblər. Referilərimiz öncə nəzəri imtahan veriblər, sonra isə Linyanoda keçirilən gənclərin Avropa kubokunun görüşlərini idarə ediblər.

 

Yekunda Acalova və Rəhimli beynəlxalq dərəcəli hakim adına layiq görülüblər.