10:29 11-04-2016
news_image
811
TOP OYUNLARI

“Sübut etdik ki, kifayət qədər güclüyük” - Kseniya Poznyak

“Mövsüm rəsmən başa çatdı. Hər şey tam səviyyədə idi: emosiyalar, yaxşı və pis məqamlar, yeni dostlar, çətin məqamlar, göz yaşları və təbəssüm”. Apasport.az saytının məlumatına görə, bunu “Azərreyl”in voleybolçusu Kseniya Poznyak deyib.

 

Azərbaycan millisinin də şərəfini qoruyan blokçu Super Liqanın 2015/2016 mövsümünü dəyərləndirib. Yarışı çempion kimi başa vuran Poznyak bildirib ki, komanda halında çətin yol qət ediblər: “Biz uzun marafonu qələbə ilə başa vurduq. Sübut etdik ki, kifayət qədər güclüyük. Biz çempionuq. Komandamıza inanan, dəstəkləyən və heç nədən asılı olmayaraq, tərəfimizdə olanlara təşəkkür etmək istəyirəm. Belarus və Türkiyədəki ailə üzvlərim də həmişə məni dəstəklədilər və inandılar. “Azərreyl” ailəmdi və həmişə də belə qalacaq”.

 

Qeyd edək ki, “Azərreyl” finalda “Telekom”u məğlub edib.