20:30 13-04-2016
news_image

Üç boksçumuz finalın bir addımlığında

Türkiyənin Samsun şəhərində boks üzrə Avropa Olimpiya Təsnifat Turniri davam edir. Azərbaycan Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, günün ilk yarısında rinqə çıxan və 64 kq çəki dərəcəsində qüvvəsini sınayan Lorenso Sotomayor yunanıstanlı Aleksandros Tsanikidislə qarşılaşıb. Avropa Oyunlarında da çempion olmuş idmançımız qalib gələrək, yarımfinala yüksəlib.

 

81 kq çəki dərəcəsində döyüşən Teymur Məmmədov isə türkiyəli rəqibi Mehmet Ünala uduzaraq, mübarizəni dayandırıb.

 

Ən ağır çəkidə (+91 kq) ölkəmizi təmsil edən ikiqat dünya çempionumuz Məhəmmədrəsul Məcidov da finalın bir addımlığındadı. O, italiyalı Quido Vianelloya qalib gələrək yarımfinala adlayıb.

 

Qadın idmançımız - 60 kq çeki ddərəcəsində çıxış edən Yana Alekseyevna da 1/4 finalda isveçli Anye Aleksiussonla döyüşdə qələbə qazanaraq, yarımfinal sevincini yaşayıb.

 

Günün ikinci yarısında isə Abdulkadir Abdullayev, Cavid Çələbiyəv və Rüfət Hüseynov rinqə çıxacaqlar.