11:00 14-04-2016
news_image

86 ölkənin yığması Bakıya gəlir

Mayın 6-8-də Bakıda cüdo üzrə keçiriləcək “Böyük Dəbilqə” turnirinə gələcək ölkələrin siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Heydər Əliyev adına İdman Arenasında təşkil olunacaq yarışa 86 ölkə yığması gələcək.

 

Turnir üçün ümumilikdə 556 cüdoçu sifariş edilib. Bunlardan 341-i kişi, 215-i qadındı.

 

Yarışın qalibi reytinqinə 500 xal əlavə edəcək. İkinci və üçüncü yerlərin sahibləri müvafiq olaraq, 300 və 200 xal irəli düşəcəklər. Həmçinin, digər yerlərə də xallar veriləcək.

 

Qeyd edək ki, yığmamız “Boyük Dəbilqə”dən öncə Rusiyanın Kazan şəhərində keçiriləcək Avropa çempionatına qatılacaq.