10:33 15-04-2016
news_image
526
TOP OYUNLARI

“Neftçi” titulunu qorudu

Kişi voleybolçular arasında Azərbaycan çempionatının 2015/2016 mövsümünə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışın qalibi adını “Neftçi” qazanıb.

 

Son turda Ali Hərbi Məktəbin komandasını 3:1 hesabı ilə məğlub edən paytaxt təmsilçisi 18 xalla bütün rəqiblərini qabaqlayıb.

 

Gümüş medallar aktivində 13 xalı olan “Ali Hərbi Məktəb”ə qismət olub. Onlardan 1 xal geri qalan “Nəqliyyatçı” isə ilk “üçlüyü” qapayıb.

 

Qeyd edək ki, “Neftçi” 2014/2015 mövsümündə də çempion adını qazanmışdı.