16:14 15-04-2016
news_image
3787
DÖYÜŞ NÖVLƏRİ

Qisasla qazanılan lisenziya: Xanım boksçumuz Rioda!

Azərbaycan yığması Rioya növbəti lisenziya qazanıb. Apasport.az saytının məlumatına görə, ölkəmizə bu vəsiqəni millimizin boksçusu Yana Alekseyevna qazandırıb.


O, Türkiyənin Samsun şəhərində keçirilən Avropa Olimpiya Təsnifat Turnirində finala yüksəlməklə, Braziliyaya bileti sifariş edib.


60 kq çəki dərəcəsində çıxış edən Alekseyevna yarımfinalda Olimpiya çempionu, dördqat dünya və beşqat Avropa çempionatının qalibi Keti Teylora (İrlandiya) qalib gəlib. Yana bu qələbə ilə Bakıda Avropa Oyunlarının yarımfinalındakı məğlubiyyətinin revanşını da alıb.

 

Qeyd edək ki, bununla da Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziyalarımızın sayı 35-ə, Rioya yollanacaq idmançılarımızın sayı 36-ya çatıb.

 

Alekseyevnadan öncə Olqa İsmayılova, Maksim Averin (hər ikisi velosiped idmanı), Maksim Şemberev (üzgüçülük), Patimat Abakarova (49 kq), Fəridə Əzizova (67 kq), Milad Beigi Harçeqani (80 kq), Radik İsayev (hamısı taekvondo, +80 kq), Oleq Stepko (idman gimnastikası), Marina Durunda (bədii gimnastika), Nazim Babayev (üçtəkanla tullanma), Hayle İbrahimov (5000 m), Anna Skidan (hər üçü atletika, çəkicatma), İnna Osipenko-Radomskaya (kayak, 500 m və 200 m), Valentin Demyanenko (kanoe, 200 m), Aleksandr Aleksandrov - Boris Yotov (akademik avarçəkmə, 200 m), Yuri Meqliç (kanoe-slalom), Elvin Məmişzadə (52 kq), Albert Səlimov (boks, 60 kq), Pərviz Bağırov (hamısı boks, 69 kq), Elvin Mürsəliyev (75 kq), Sabah Şəriəti (130 kq), Rövşən Bayramov (59 kq), Saman Təhmasibi (hamısı yunan-Roma güləşi, 85 kq), Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Yuliya Ratkeviç (qadın güləşi, 58 kq), Toğrul Əsgərov (65 kq), Məhəmmədhacı Xatiyev (86 kq), Xetaq Qazyumov (97 kq) və Camaləddin Məhəmmədov (sərbəst güləş, 125 kq) Olimpiadada iştirak hüququ qazanıb. Bununla yanaşı, kişilərdən ibarət ağırlıqqaldırma millimiz 4 vəsiqəyə sahib olub.