17:21 15-04-2016
news_image
648
STOLÜSTÜ OYUNLAR

Dünya çempionu Azərbaycana gələsi olmadı

Mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan Şəmkir beynəlxalq turnirinin iştirakçıları məlum olub. Apasport.az saytının məlumatına görə, ardıcıl üçüncü dəfə təşkil olunacaq yarışda dünya çempionluğuna namizəd Sergey Karyakin (Rusiya), Fabiano Karuana (İtaliya), Aniş Giri (Hollandiya), Pavel Elyanov (Ukrayna), Pentala Harikrişna (Hindistan), Xou İfan (Çin) eyni zamanda Azərbaycan yığmasının üzvləri Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli və Rauf Məmmədov mübarizə aparacaq.


Təqviminin sıxlığına görə dünya çempionu, Şəmkir turnirinin ikiqat qalibi Maqnus Karlsen bu dəfə yarışa qatılmayacaq.

Vüqar Həşimovun xatirə turnirinin açılış mərasimi mayın 25-də olacaq. İlk tur mayın 26-də start götürəcək. 9 turdan ibarət yarış iyunun 4-də yekunlaşacaq.