18:50 15-04-2016
news_image
1117
DÖYÜŞ NÖVLƏRİ

“Erməni üzərində qələbəmi şəhidlərimizin xatirəsinə həsr edirəm” - Cavid Çələbiyev

“Qazandığım vacib qələbəyə görə çox sevincliyəm. Erməni boksçu üzərində əldə etdiyim bu qələbəni şəhidlərimizin əziz xatirəsinə həsr edirəm”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan boksçusu Cavid Çələbiyev (56 kq) deyib.

 

Dünya çempionumuz Türkiyənin Samsun şəhərində Avropa Olimpiya Təsnifat Turnirinin yarımfinalında Ermənistan yığmasının üzvü Aram Avaqyan üzərində qələbəsini şərh edib. O, Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə açıqlamasında bildirib ki, 3:0 hesablı zəfərini işğal olunmuş torpaqlarımız uğrunda canlarından keçən qəhrəman Azərbaycan oğullarının əziz xatirəsinə həsr edir: “Hər birimiz Vətənimiz uğrunda canımızdan keçməyə hər an hazırıq. Ali Baş Komandanın əmrini gözləyirik. Bu olacağı halda son nəfəsimizə qədər döyüşməyə hazırıq”. 

 

Qeyd edək ki, Çələbiyev finala yüksəlməklə, Rio Olimpiadasına vəsiqə də qazanıb.