16:18 16-04-2016
news_image
1403
DÖYÜŞ NÖVLƏRİ

Azərbaycanlı güləşçi erməni rəqibinə aman vermədi

Serbiyanın Zrenyanin şəhərində Rio Olimpiadasına lisenziya xarakterli Avropa təsnifat turniri davam edir. Apasport.az saytı xəbər verir ki, bu gün Azərbaycan yığmasının üzvü, sərbəst güləşçi Cəbrayıl Həsənov (74 kq) döşək üzərinə çıxıb.

 

İkiqat Avropa çempionu ilk görüşdə Moldova təmsilçisi Aleksandru Burkanı, daha sonra isə Polşa idmançısı Kristian Brzozovskini məğlubiyyətə uğradıb. Yarımfinalda Ermənistan güləşçisi Suren Xaçatryanla qarşılaşan Həsənova qələbə üçün 51 saniyə bəs edib. Rəqibi üzərində təmiz qələbə qazanan Cəbrayıl finala adlayıb.

 

İdmançımız bununla Rio Yay Olimpiya Oyunlarına vəsiqəni təmin edib.